Bank Of Baku

Haaqa tribunalı general Mladiçin öldüyünə inanmır

Haaqa tribunalı general Mladiçin öldüyünə inanmır
# 19 iyun 2010 04:58 (UTC +04:00)
Bakı-APA. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq tribunal (KYBT) keçmiş general Ratko Mladiçin hələ də sağ olduğunu hesab edir. Bu barədə KYBT baş prokuroru Serj Brammers bəyan edib.

Prokurorun sözlərinə görə, tribunal Ratko Mladiçin hələ də Balkan ölkələrindən birində gizləndiklərini düşünür. Mladiç və serb siyasətçi Qoran Haciç KYBT-nın axtardığı sonuncu hərbi cinayətkarlardır.

İyunun 16-da Ratko Mladiçin yaxınları Belqrad məhkəməsinə onun vəfat etmiş sayılması barədə müraciət ediblər. Serbiya qanunlarına görə, əgər insanın yaşı 70-dən çoxdursa və 5 il ərzində ondan heç bir məlumat yoxdursa ailəsi onu vəfat etmiş saya bilər.

1996-cı ildən məhkəmədən gizlənən Mladiç sonuncu dəfə 2000-ci ildə ictimaiyyət arasında görünüb.

KYBT Mladiçi soyqırım və bəşəriyyət əleyhinə cinayətlərdə günahlandırır. Onu 1995-ci ildə Srebrenisanın 8 min sakinini qətlə yetirməkdə günahlandırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR