Bank Of Baku

PKK terrorçularının hücumu nəticəsində 8 əsgər şəhid olub, 14 əsgər yaralanıb

PKK terrorçularının hücumu nəticəsində 8 əsgər şəhid olub, 14 əsgər yaralanıb
# 19 iyun 2010 09:42 (UTC +04:00)
APA-nın “CNN-Türk”ə istinadən verdiyi xəbərə görə, hadisə ilə bağlı Türkiyə Silahlı Qüvvələri baş Qərargahının yaydığı məlumatda bildirilir ki, bir qrup terrorçu iyunun 19-da yerli vaxtla saat 2.00-da hərbçilərə hücum edib. Baş verən atışmada 8 əsgər şəhid olub, 14 əsgər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıblar.

Bölgə dərhal nəzarətə götürülüb, helikopterlər və artilleriya səfərbər olunub. Bundan başqa, İraqın şimalında terrorçuların toplaşdığı ehtimal edilən yerlərə helikopterlərdən zərbələr endirilib.

İlkin məlumata görə, atışmada 12 terrorçu məhv edilib.

Anadolu Agentliyi isə terrorçuların İraq sərhədindəki Şəmdinli bölgəsinə aid Təkəli, Günyazı və Ortaqlar kəndləri arasındakı Gədiktəpə ərazisində cəmləşdiyi barədə xəbər yayıb.

Hadisənin baş verdiyi bölgəyə əlavə qüvvələr cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR