Bank Of Baku

AŞPA İsveçrəni minarələrin inşasına qoyulan tam qadağanı aradan qaldırmağa çağırıb, bu qərarı diskriminasiya adlandırıb

AŞPA İsveçrəni minarələrin inşasına qoyulan tam qadağanı aradan qaldırmağa çağırıb, bu qərarı diskriminasiya adlandırıb
# 24 iyun 2010 08:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Çadra, niqab və digər dini libasların geyinilməsinə tam qadağa qoyula bilməz”. APA-nın məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasında qəbul olunmuş qətnamədə belə deyilir.

Bununla belə, sənəddə bildirilir ki, təhlükəsizliyi təmin etmək məqsədilə bəzi hüquqi məhdudiyyətlər tətbiq edilə bilər.

Qətnamədə göstərilir ki, çadranın taxılması əksər hallarda qadının kişi tərəfindən əsarətdə saxlanması kimi qəbul olunur: “Lakin eyni zamanda çadranın taxılmasına tam qadağa qoyulması da qəlbdən, könüllü surətdə başını örtmək istəyən qadınlara bu hüquqdan istifadə etməyə imkan vermir”.

Parlamentarilər, həmçinin bildiriblər ki, heç bir qadın öz cəmiyyəti və ailəsi tərəfindən dini paltar geyinməyə məcbur edilə bilməz: “İstənilən istismar, həbs və zorakılıq aktı cinayətdir və qanunla cəzalanmalıdır. Avropa hökumətləri müsəlman qadınlara, onların ailələrinə və icmalarına onların hüquqlarını anlatmalı, onların ictimai və professional həyatda iştirakını təşviq etməlidir”.

AŞPA danimarkalı deputat Moqensa Yensenin “İslam, islamizm və islamofobiya” adlı məruzəsini qəbul edib və İsveçrəni tezliklə minarələrin inşasına qoyulan tam qadağanı aradan qaldırmağa çağırıb, bu qərarı diskriminasiya adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR