Bank Of Baku

AŞPA Yaxın Şərq regionunda gərgin durumla bağlı qətnamə qəbul edib

AŞPA Yaxın Şərq regionunda gərgin durumla bağlı qətnamə qəbul edib
# 24 iyun 2010 14:06 (UTC +04:00)
APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, AŞ PA üzvləri İsraili özünün təhlükəsizliyini nəzərə almaqla, Qəza zolağına tətbiq etdiyi blokadanı aradan qaldırmağa çağırıblar. AŞ PA-nın bu məsələ ilə bağlı böyük əksəriyyətlə qəbul etdiyi qətnamədə qurum ilk addım kimi İsrailin blokadanın aradan qaldırmasının asanlaşdırılması istiqamətindəki səylərini müsbət qarşılayıb. Bununla belə AŞ PA Qəzza zolağındakı əhalinin normal həyat şərtlərinə qarantiya vermək və iqtisadi inkişafı yaxşılaşdırmaq üçün, onların lazımi məhsullarla təchiz edilməsinə imkan verəcək dərəcədə, bölgəyə aparan bütün dəniz və quru yolların açılmasını istəyir. Bu məsələ ilə bağlı hesabat hazırlamış italyan parlamentar Pyero Fassino blokadanın aradan götürülməsini bölgədəki gərginliyin azaldılması və dialoqun bərpa edilməsi baxımından çox vacib olduğunu bildirib. Bundan başqa AŞPA İsrailin tərəfindən Qəzza istiqamətində humanitar məqsədlərlə hərəkət edən gəmilərə etdiyi hücumuna tamamilə qeyri-proporsional qiymət verərək, bunun həmçinin beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib. Eyni zamanda, Assambleya baş vermiş hadisə ilə bağlı İsraili tez bir zamanda şəffaf, qərəzsiz və beynəlxalq bir təhqiqat aparmaq üçün, bu ölkəni beynəlxalq ictimaiyyətlə tam şəkildə əməkdaşlıq etməyə çağırır. Qeyd edək ki, AŞ PA hər iki ölkənin icması arasında qarşılıqlı etimadı yaratmağa çalışır və qurumda xüsusi müşahidəçi statusuna malik olan İsrail Knessetinin üzvləri ilə Fələstin qanunvericilik Şurasının üzvləri arasında vaxtaşırı görüşlər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR