Bank Of Baku

Siciliya mafiyasının başçılarından biri həbs edilib

Siciliya mafiyasının başçılarından biri həbs edilib
# 26 iyun 2010 00:07 (UTC +04:00)
Bakı-APA. Siciliya mafiyasının başçılarından biri, adı İtaliyanın 30 ən təhlükəli cinayətkarının siyahısında olan Cüzeppe Falsone həbs edilib. İtaliyanın daxili işlər naziri Roberto Maroni bildirib ki, axtarışda olan mafiya başçısı hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində yaxalanıb. Nazirin sözlərinə görə, bu, İtaliyada hazırkı hökumətin dövründə siyahı üzrə həbs edilən 25-ci şəxsdir.

Cüzeppe Falsone İtaliya məhkəməsi tərəfindən qiyabi şəkildə ömürlük azadlıqdan məhrum edilib və son 11 il ərzində axtarışda olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR