Bank Of Baku

Amerikalı azarkeş vuvuzelaya görə qonşusunu öldürməklə hədələyib

Amerikalı azarkeş vuvuzelaya görə qonşusunu öldürməklə hədələyib
# 26 iyun 2010 01:49 (UTC +04:00)
Bakı-APA. Almaniyada, bir amerikalı futbol üzrə dünya çempionatı oyunlarını izləyərkən dayanmadan vuvuzela çalan qonşusunu baltayla öldürməklə hədələyib.

Alman Polisi, Weiden şəhərindəki hadisədən sonra amerikalının həbs olunduğunu açıqlayıb.

Polisin bildirdiyinə görə, adı açıqlanmayan 45 yaşındakı amerikalı, Hollandiya-Kamerun oyunu davam edən vaxt qonşusunun evinə balta ilə girərək, «vuvuzelanın səsindən bezdiyini» bildirib və qonşunu öldürməklə hədələyib.

Alman polisi ABŞ ordusunun əməkdaşı olan amerikalının həbsə alındıqdan sonra ABŞ hərbi polisinə təhvil edildiyini bildirirlər. ABŞ nümayəndələri isə amerikalının artıq azad edildiyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR