Bank Of Baku

Fransanın futbol yığmasına yeni məşqçi təyin olunub

Fransanın futbol yığmasına yeni məşqçi təyin olunub
# 26 iyun 2010 12:46 (UTC +04:00)
Bakı – APA. Bu gün Fransa futbol yığmasının baş məşqçisi vəzifəsinə rəsmən Loran Blan təyin olunub. Bununla əlaqədar, L.Blan Fransa Futbol Federasiyası ilə iki illik müqavilə bağlayıb. APA-nın məlumatına görə, o, bu vəzifədə 2004-cü ildən çalışan Raymon Domeneki əvəz edib.
L.Blanın yığmaya baş məşqçi gətiriləcəyi barədə məlumat ilk dəfə hələ futbol üzrə dünya çempionatı başlamamışdan öncə yayılıb. Hazırda Cənubi Afrikada davam edən çempionatda Fransa yığması olduqca zəif çıxış edib və keçirdiyi üç görüşdə cəmi 1 xal toplayıb (Uruqvayla keçirilən ilk görüşdə heç-heçə, Meksika və CAR-a isə uduzub).
Bundan başqa, Fransa yığmasının sıralarında çempionat günlərində ciddi qalmaqal yaşanıb. Məşqçini təhqir edən Nikolya Anelka yığmadan kənarlaşdırılıb, digər oyunçular isə buna etiraz olaraq məşqlərdən imtina ediblər. Yekunda, münaqişənin səbəblərinin araşdırılmasına Fransa prezidenti Nikolya Sarkozi də qoşulub.
Qeyd edək ki, yeni baş məşqçi L.Blan əsas yığmanın oyunçusu kimi 1998-ci ildə dünya çempionu, iki il sonra isə Avropa çempionu titulunu qazanıb. Həmçinin bildirilir ki, 44 yaşlı Blan futbolçu karyerası ərzində Fransanın «Monpelye», «Nim», «Sent-Etyen», «Oser» və «Marsel», İtaliyanın «Napoli» və «İnter», İspaniyanın «Barselona» və İngiltərənin «Mançester Yunayted» klublarının şərəfini qoruyub.
L.Blan 2007-ci ildə məşqçi karyerasına başlayıb, üç il «Bordo» klubunu çalışdırıb və ötən il komandasına Fransa çempionluğunu qazandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR