Bank Of Baku

Böyük Britaniya miqrantların sayına məhdudiyyət qoyur

Böyük Britaniya miqrantların sayına məhdudiyyət qoyur
# 26 iyun 2010 22:50 (UTC +04:00)
Баку-АПА. Britaniyanın yeni koalision hökuməti ölkəyə Avropa İttifaqının xaricindən gələn miqrant işçilərin sayına müvəqqəti limit qoyur.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə yeni qaydalara Avropa İttifaqının xaricindən Britaniyaya gələn ilin aprelinədək yalnız 24 min adam buraxılacaq.
Hökumət bildirib ki, məhdudlaşdırma sonralar daimi xarakter alacaq.
Böyük Britaniyaya təkcə 2008-ci ildə 163 min miqrant gəlib.
İndi mühafizəkarlardan və liberallardan ibarət hökumət həmin rəqəmi üç dəfə azaldaraq 1990-cı illərin səviyyəsinə endirmək istəyir.
Lakin burada problem ondan ibarətdir ki, Britaniyaya işləməyə gələnlərin əksəriyyəti Avropa İttifaqının özündəndirlər.
Onların gəlməsi isə heç cür qadağan edilə bilməz.
Ekspertlər deyirlər ki, bu tədbirlər miqrantların sayını sadəcə bir müddət cilovlaya bilər.
Biznes və səhiyyə rəhbərləri yeni qaydalardan narahatdırlar.
Beləki, ölkədə məsələn, həkim qıtlığı var və miqrant həkimlərin tam əksəriyyəti Britaniyaya Avropa xaricindən gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR