Bank Of Baku

Litvanın sabiq prezidenti Algirdas Brazauskas vəfat edib

Litvanın sabiq prezidenti Algirdas Brazauskas vəfat edib
# 27 iyun 2010 10:43 (UTC +04:00)
Bakı – APA. Litvanın sabiq prezidenti və baş naziri Algirdas Brazauskas 78 yaşında vəfat edib. APA-nın məlumatına görə, A. Brazauskas uzun sürən xəstəlikdən sonra iyunun 26-da Vilnüsdəki evində dünyasını dəyişib. Sabiq prezident xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra A. Brazauskas 1992-ci ildə Litva Seyminin sədri, növbəti ilə isə respublikanın prezidenti seçilib. 1998-ci ildə ikinci dəfə namizədliyini irəli sürməyib. 2001-ci ildə baş nazir təyin olunan görkəmli siyasətçi 2006-cı ilə kimi bu vəzifədə çalışıb. Həmin il baş verən hökumət böhranından sonra isə A. Brazauskas baş nazir postunu tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR