Bank Of Baku

Türkiyə hava məkanını İsrail üçün bağlayıb

Türkiyə hava məkanını İsrail üçün bağlayıb
# 28 iyun 2010 08:51 (UTC +04:00)
«APA-Economics»in Türkiyənin «Anadolu» agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərarı Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan verib.

Baş nazirin sözlərinə görə, bu addım İsrail qoşunlarının cari ilin mayın 31-də Qəzzaya humanitar yardım aparan “Azadlıq donanması”na hücumuna cavab olaraq atılıb.

Qeyd edək ki, hücum zamanı 8 nəfəri Türkiyə vətəndaşı olmaqla 9 nəfər öldürülüb. Bu hadisədən dərhal sonra Türkiyə İsraildəki səfirini geri çağırıb, həmçinin İsraili hərbi, ticarət və enerji sahələrində əməkdaşlığını dayandırmaqla hədələyib. İyunun əvvəlində isə İsrail hökuməti ölkədən Türkiyəyə yerinə yetirilən bütün aviareyslərin təxirə salınmasına dair qərar qəbul edib. Sözügedən embarqonun üç həftə ərzində qüvvədə olacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR