Bank Of Baku

İngiltərənin müdafiə naziri Talibanla danışıqların tərəfdarıdır

İngiltərənin müdafiə naziri Talibanla danışıqların tərəfdarıdır
# 28 iyun 2010 19:29 (UTC +04:00)
Bakı-APA. İngiltərənin müdafiə naziri Liam Foks, «Əfqanıstanda uzunmüddətli istiqrar üçün hərbi müdaxilənin yetərli olmadığını, Taliban ilə görüşülə biləcəyini» bildirib.

İngiltərədə keçən ay hakimiyyətə gələn koalisiya hökumətinin Mühafizəkar Partiyasından olan üzvü Foks, keçirdiyi mətbuat konfransında «Əfqan hökumətinin iqtidarını qəbul etmək istəyən Taliban üzvləri ilə müzakirələr keçirməyin, əcnəbi əsgərlər bu ölkədən getdikdən sonra şiddətin yenidən bərpa olunmasının qarşısını ala biləcəyini», qeyd edib.

İngiltərənin Əfqanıstanda təxminən 10 min əsgəri var və 2001-ci ildən bu tərəfə ölkədə 308 ingilis əsgəri həyatını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR