Bank Of Baku

Egemen Bağış: «Türkiyə Avropa Birliyinin üzvü olacaq»

Egemen Bağış: «Türkiyə Avropa Birliyinin üzvü olacaq»
# 29 iyun 2010 03:05 (UTC +04:00)
Bakı-APA. Türkiyənin dövlət naziri və Avropa Birliyinə üzvlüklə bağlı Baş müzakirəçi Egemen Bağış sonda Türkiyənin Avropa Birliyinin üzvü olacağına inandığını bildirib.

Bağış, Türkiyənin AB ölkələrindən, viza rejimini asanlaşdırmalarını istəməklə kifayətlənmədiyini vurğulayıb. AB-nin tamamilə viza rejimini qaldırdığı Serbiya örnəyini göstərən Egemen Bağış, «Bütün AB ölkələrinin Serbiya ilə bağlı etdikləri kimi Türkiyə üçün də vizalarını ləğv etmələri lazımdır», deyə bildirib. Bağış, AB-Türkiyə arasında sərbəst dolaşmaq üçün atılması lazım olan iki addım daha qaldığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR