Bank Of Baku

Bu gün Macarıstanda yeni prezident seçiləcək

Bu gün Macarıstanda yeni prezident seçiləcək
# 29 iyun 2010 04:54 (UTC +04:00)
Bakı-APA. Macarıstanda bu gün yeni prezident seçiləcək. 5 il əvvəl bu vəzifəyə seçilmiş Laslo Şoyomun səlahiyyət müddəti avqustun 5-də bitir.

Macarıstanda prezident parlament tərəfindən seçilir. Hazırda parlament çoxluğu Macar vətəndaş ittifaqı və Xristian-demokrat xalq partiyası koalisiyasına məxsusdur. Bu səbəbdən onların irəli sürdüyü namizədin prezident seçilməsi formal xarakter daşıyır.

Müttəfiqlərin namizədi isə parlamentin hazırkı spikeri Pal Şmittdir. Onun rəqibi Sosial-demokrat partiyasından olan namizəd, ölkənin Tailanddakı səfiri Andraş Baloq olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR