Bank Of Baku

Astanada Tolerantlıq və qeyri-diskriminasiya mövzusunda ATƏT-in yüksək səviyyəli konfransı keçirilir

Astanada Tolerantlıq və qeyri-diskriminasiya mövzusunda ATƏT-in yüksək səviyyəli konfransı keçirilir
# 29 iyun 2010 13:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Astanada Tolerantlıq və qeyri-diskriminasiya mövzusunda ATƏT-in yüksək səviyyəli konfransı keçirilir. APA-nın məlumatına görə, Azərbaycanı tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Xarici İşlər Nazirliyinin idarə rəisi Əlimirzamin Əsgərov və «Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası» qeyri-hökumət təşkilatının rəhbəri Gülsel Səfərova təmsil edirlər.

Tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, BMT baş katibinin sivilizasiyalar alyansı üzrə yüksək nümayəndəsi Jorje Sampayo, AŞPA prezidenti Mövlud Çavuşoğlu, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları üzrə Ofisinin direktoru Yaneş Lenarçiç və digər yüksək səviyyəli şəxslər iştirak edirlər.

Tədbiri keçirməkdə məqsəd ATƏT qarşısında götürülən öhdəlikləri yerinə yetirmək, qurumun tolerantlıq, qeyri-diskriminasiya və mədəniyyətlərarası dialoq məsələləri ilə bağlı dəyərlərinin həyata keçməsinə kömək etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR