Bank Of Baku

Almaniyada keçirilən prezident seçkilərində heç bir namizəd qələbə qazana bilməyib

Almaniyada keçirilən prezident seçkilərində heç bir namizəd qələbə qazana bilməyib
# 30 iyun 2010 16:27 (UTC +04:00)
APA-nın AFP-yə istinadən xəbərinə görə, hakim koalisiyanın namizədi Kristian Vulf 600 səs toplayıb. Qələbə üçün onun 23 səsi çatmayıb.

Sosial-demokrat və Yaşıllar partiyalarının namizədi Yoahim Qauk 499, Solçuların namizədi Lukresiya Yohimsen 126 səs alıb. Seçkilərin ikinci turu iyunun 30-da keçiriləcək.

Qeyd edək ki, Almaniya prezidentini 1244 seçicidən ibarət Federal Məclis seçir. Səslərin əksəriyyətini toplayan prezident seçilmiş sayılır. Birinci turda bu baş vermirsə, namizədlərdən heç biri mübarizədən kənarlaşdırılmır və ikinci turda yarışır. İkinci turda da heç bir namizəd qələbə üçün lazım olan səsi toplaya bilmirsə, o zaman səsvermənin üçüncü raundu keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR