Bank Of Baku

Kleopatra ilan sancmasından ölməyib

Kleopatra ilan sancmasından ölməyib
# 30 iyun 2010 21:38 (UTC +04:00)
Bakı-APA. İsveçdə çıxan “The Local” qəzeti Almaniya tarixçisi Kristofer Şeferin tədqiqatlarına istinadla yazır ki, əfsanəvi Misir hökmdarı Kleopatra indiyədək hesab edildiyi kimi, ilan sancmasından deyil, tiryək və badyan bitkisindən hazırlanmış ölümcül kokteyli içdikdən sonra ölüb.

Tarixçi təxmin edib ki, gözəlliyi ilə məşhur olan Kleopatra çətin ki uzun sürən və insanı eybəcərləşdirən ölüm üsuluna əl ataydı. Ekspertlər İsgəndərriyədə qədim təbabət mətnlərini öyrənərək mütəxəssislərlə məsləhətlər aparıblar. Məlum olub ki, kobranın sancması nəticəsində ölüm bir neçə gündən sonra baş verir, qurbanın bədənində isə ləkələr qalır.

Kleopatra isə hətta öldükdən sonra gözəl qalmaq istəyirdi. Alimlərin fikrincə, o, tiryək, badyan və akonit kimi zəhərli bitkilərin qatışığından istifadə etmiş və bir neçə saat ərzində əzab çəkmədən dünyasını dəyişib.

Eramızdan əvvəl 69-cu ildə XII Ptolomeyin ailəsində dünyaya gəlmiş Kleopatra taxt-taca hələ 17 yaşında ikən yiyələnmiş və ömrünün sonunadək (40 yaşınadək) barəsində olduqca gözəl və çox dəhşətli əhvalatlar dolaşan bir şəxsiyyət olub. Əsrlərin bir-birini əvəzləməsinə baxmayaraq, Kleopatranın sirli-sehrli romantik obrazına maraq azalmaq bilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR