Bank Of Baku

Raymon Domenek Fransa parlamentinə izahat verib

Raymon Domenek Fransa parlamentinə izahat verib
# 30 iyun 2010 22:29 (UTC +04:00)
Bakı-APA. CAR-da keçirilən futbol üzrə dünya çempionatında biabırçı çıxış edərək qrup mərhələsini keçə bilməyən Fransa millisinin artıq sabiq baş məşqçisi Raymon Domenek ölkə parlamentarilərinin qarşısına çıxıb.

«Associated Press»in məlumatına görə, o, millinin mundialdakı uğursuz çıxışının səbəbləri haqda parlamentə izahat verib. Məsuliyyəti üzərinə götürən Domenek komandanın uğursuz çıxışına hər hansı əsaslı səbəb gətirə bilməyib və deputatlar onun izahatından narazı qalıb.

«Domenek yalnız bir söz söyləyirdi: Bu, prosesdir, bu, prosesdir, bu, prosesdir», - deyə toplantıdan sonra açıqlama verən deputat Bernar Debre bildirib.

Fransızlar ölkəni sanksiyalarla hədələyən FİFA prezidenti Blatterə də cavab verib. Xatırladaq ki, Fransa hökumətini ölkənin futbol federasiyasının işlərinə qarışmamağa çağıran Blatter əks təqdirdə, Fransaya sanksiyaların tətbiq edilə biləcəyini söyləmişdi.

«FİFA Fransanı hədələməsin. Biz demokratik ölkəyik və kimi istəyirik dinləmək hüququmuz var. Burada söhbət futboldan yox, Fransadan gedir. Ortada ölkənin şərəf məsələsidir», - deyə deputat Jak Remelye bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR