Bank Of Baku

Keçmiş nazir Murat Başesgioğlu AKP ilə yollarını ayırıb

Keçmiş nazir Murat Başesgioğlu AKP ilə yollarını ayırıb
# 02 iyul 2010 18:57 (UTC +04:00)
Bakı-APA. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul millət vəkili Murat Başesgioğlu partiyasından istefa verib. Başesgioğlu öz yazılı açıqlamasında «Türkiyənin təməl məsələləri ilə bağlı zaman keçdikcə ortaya çıxan əsaslı baxış fərqləri, Ədalət və İnkişaf Partiyası içərisində birlikdə siyasətlə məşğul olmaq imkanını ortadan qaldırıb», deyə bildirib.

Başesgioğlu bu niyyətini daha öncə partiyanın lideri, baş nazir Rəcəb Tayyib Ərdoğana da çatdırdığını söyləyib.

Qeyd edək ki, Murat Başesgioğlu 2002-2009-cu illərdə Türkiyənin əmək və sosial müdafiə naziri, daha sonra isə dövlət naziri olub. Bundan əvvəl isə o 1997-98-ci illərdə ANAP hökumətində daxili işlər naziri olub.

Başesgioğlunun istefası ilə Türkiyə parlamentində AKP qrupunun sayı 335 nəfərə düşüb, müstəqillərin sayı isə 9-a yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR