Bank Of Baku

Hilari Klinton polşalı həmkarı ilə saziş imzalayıb

Hilari Klinton polşalı həmkarı ilə saziş imzalayıb
# 03 iyul 2010 18:42 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibi Hillari Klinton Polşada əsas raket bazasına dair sazişin imzalanması prosesində iştirak edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, saziş raketdən müdafiə sisteminin yeni işlənmiş versiyasının bir hissəsi kimi ABŞ-ın daimi bazasının yaradılmasını nəzərdə tutur.
Klinton deyib ki, yeni sövdələşmə Rusiya üçün təhlükə yaratmır.
Klinton Krakov şəhərində polşalı həmkarı Radoslav Sikorski ilə balistik raketlərə dair düzəlişlərin imzalanmasının şahidi olub. O deyib ki, saziş Polşanı və onun müttəfiqlərini İran kimi ölkələrdən qaynaqlana biləcək hədələrdən müdafiə edəcək.
Polşa Corc Buşun administrasiyası ilə Baltik Dəniz sahillərinə yaxın ərazilərdə daimi Amerika bazasının yaradılmasına və raketlərinin yerləşdirilməsinə razılıq vermişdi. Sazişə düzəlişdə prezident Barak Obamanın etdiyi dəyişikliklər də nəzərə alınıb.
Prezident Obama Buş dövründən qalmış və Polşa ilə Çex Respublikasında əsas müdafiə sisteminin yaradılması planlarını ləğv edib.
Vaşinqton daha çevik raketdən müdafiə proqramını işləyib.
Qitələrarası raketləri vurub sala bilən stasionar önləmə sistemi əvəzində 2018-ci ildən Polşada istənilən məsafədən hücumu dəf edə biləcək səyyar atıcı qurğular yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR