Bank Of Baku

Polşada prezident seçkilərinin ikinci turu keçirilir

Polşada prezident seçkilərinin ikinci turu keçirilir
# 04 iyul 2010 07:43 (UTC +04:00)
Prezident postu uğrunda mərhum prezident Lex Kaçinskinin əkiz qardaşı, Qanun və Ədalət Partiyasının sədri Yaroslav Kaçinski və parlamentin aşağı palatasının sədri Bronislav Komorovski mübarizə aparacaqlar.

İyunun 20-də keçirilmiş ilk turda Komorovsi Kaçinskini 5% qabaqlasa da, namizədlərdən heç biri lazımi qədər səs yığa bilməmişdi. İctimai rəy sorğularına görə, namizədlərdən hər ikisinin qələbə qazanmaq şansı var.

Səsvermənin rəsmi nəticəsi iyulun 5-də məlum olacaq.

Növbədənkənar prezident seçkiləri Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin aprelin 10-da Smolensk yaxınlığında qəzaya uğraması, nəticədə L. Kaçinski də daxil olmaqla, təyyarənin göyərtəsində olan 96 nəfərin hamısının həlak olmasından sonra elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR