Bank Of Baku

Əhməd Davudoğlu: “İsrail üzr istəməsə, yaxud beynəlxalq komissiyanın yaradılmasına razılaşmasa, əlaqələr tam kəsiləcək”

Əhməd Davudoğlu: “İsrail üzr istəməsə, yaxud beynəlxalq komissiyanın yaradılmasına razılaşmasa, əlaqələr tam kəsiləcək”
# 05 iyul 2010 11:31 (UTC +04:00)
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib. Ə. Davudoğlu ötən həftə İsrailin sənaye və infrastruktur naziri Benyamin Ben-Eliezer vasitəsilə göndərdiyi mesajların İsrail hökumətinə çatdırıldığını söyləyib: “Cavab üçün tarix müəyyənləşdirmədik. Amma sonsuza qədər gözləməyəcəyik”.

Ə. Davudoğlu bəyan edib ki, Türkiyə İsraildən gəmi basqınına görə üzrxahlıq və hadisədə zərər çəkənlərin ailələrinə təzminat ödəməsini gözləyir: “İsrailin basqınından bir həftə sonra hava məkanımız İsrail hərbi aviasiyası üçün tam qapadılıb. Hava məkanının mülki aviasiya üçün də bağlanması ilə bağlı hələlik qərar yoxdur. Amma hadisələrin inkişafına görə bu da nəzərdən keçirilə bilər. Müvafiq addım atmasalar, İsrailin təklənməsi prosesi davam edəcək. Biz tam haqlıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR