Bank Of Baku

Hillari Klinton: “Gürcüstan üçün qızıl əsr yetişəcək”

Hillari Klinton: “Gürcüstan üçün qızıl əsr yetişəcək”
# 05 iyul 2010 14:21 (UTC +04:00)
Bakı – APA. ABŞ dövlət katibi Hillari Klinton ölkəsinin Gürcüstana tam dəstəyini ifadə edib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Tiflisdə qadın liderlərlə görüşən H. Klinton ABŞ hökuməti və xalqının hər zaman tərəfdaş ölkə Gürcüstanın yanında olacağını söyləyib.

Gürcüstanın problemlərindən (Abxaziya, Cənubi Osetiya) danışan dövlət katibi “işğal” sözündən istifadə edib və NATO, Avropa Birliyi ilə yaxınlaşmağın, islahatları davam etdirilməsinin zəruriliyini vurğulayıb. Çariça Tamaranın dövründə Gürcüstandakı dövlət quruculuğunu xatırladan qonaq əmin olduğunu bildirib ki, Gürcüstan üçün qızıl əsr yetişəcək: “Çariça Tamara qızıl əsrdə Gürcüstanı idarə etmiş qadın olub. Hesab edirəm ki, 21-ci əsr də Gürcüstan üçün qızıl əsrə çevrilə bilər”.

Qadın liderlərlə görüş H. Klintonun Gürcüstana səfər proqramının ilk maddəsi olub. Görüşdə prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Elizabet Rulofs, anası Giuli Alasaniya, siyasət, qeyri-hökumət sektoru, KİV və biznes aləminin 140 təmsilçisi iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR