Bank Of Baku

Hillari Klinton: “Rusiyalı həmkarlarımıza bildirmişik ki, Amerika təsir dairələrini tanımır”

Hillari Klinton: “Rusiyalı həmkarlarımıza bildirmişik ki, Amerika təsir dairələrini tanımır”
# 05 iyul 2010 15:13 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, təkbətək görüşdən sonra hər iki ölkə rəsmilərinin iştirakı ilə geniş tərkibdə danışıqlar olub. Sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib.

H. Klinton ABŞ prezidenti adından Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib: “Mən Gürcüstana ABŞ prezidentinin ismarışı ilə gəlmişəm. Biz Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyirik və təsir dairələrini tanımırıq. Bu mövqeyimizi iyunun 24-də dünya liderlərinə və Vaşinqtondakı görüşlərdə rusiyalı həmkarlarımıza da çatdırmışıq”.

H. Klinton Rusiyanı 2008-ci il avqustun 12-də Dmitri Medvedev və Mixail Saakaşvili tərəfindən imzalanmış sazişi yerinə yetirməyə çağırıb. Bu sənəd qoşunların Abxaziya və Cənubi Osetiyadan çıxarılmasını və onların müharibədən əvvəlki mövqelərə geri çəkilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR