Bank Of Baku

Hillari Klinton: “Rusiya Gürcüstanın münaqişə zonalarındakı qoşunlarını çıxarmalıdır”

Hillari Klinton: “Rusiya Gürcüstanın münaqişə zonalarındakı qoşunlarını çıxarmalıdır”
# 06 iyul 2010 07:43 (UTC +04:00)
APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri iyulun 5-də Tiflisdə keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Hillari Klinton deyib. O bildirib ki, Rusiya imzaladığı sənədləri yerinə yetirməlidir: “Birtərəfli qaydada qəbul etməmək Rusiyanı məsuliyyətdən azad etmir və Amerika bunu onlara tez-tez xatırladır. Biz Cenevrə danışıqlarının intensivləşdirilməsini və bu prosesdə iştirakı planlaşdırırıq. Gürcüstan bizim dostumuz, tərəfdaşımızdır və biz onu həm sülh, həm də müharibə dövründə dəstəkləyirik. Biz istəyirik ki, Gürcüstan tam müstəqilliyə, ərazi bütövlüyünə və demokratiyaya nail olsun”.

Qeyd edək ki, H. Klinton Gürcüstana səfəri zamanı prezident Mixail Saakaşvili, müxalifət liderləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. O, M. Saakaşvili və mer Giqi Uqulava ilə birlikdə Tiflisə qısa gəzintiyə də çıxıb və şəhərin görməli yerləri ilə tanış olub. H. Klinton “Oval” adlı restorana daxil olaraq ağ, turş çaxır sifariş verib. Dövlət katibi qonşu masada oturan qızlarla da görüşüb və onları şəraba qonaq edib. O, bölgəyə səfərini tamamlayaraq ABŞ-a qayıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR