Bank Of Baku

İran təyyarələrinin əksəriyyətinin Avropa Birliyi ölkələrinə uçuşları qadağan edilib

İran təyyarələrinin əksəriyyətinin Avropa Birliyi ölkələrinə uçuşları qadağan edilib
# 06 iyul 2010 16:47 (UTC +04:00)
Bakı – APA. Avropa Komissiyası “İran Air” şirkətinin təyyarələrinin əksəriyyətinin Avropa Birliyi ölkələrinə uçuşlarını qadağan edib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, İran aviaşirkətinin bir çox təyyarəsi hələ bu ilin mart ayında Avropa Komissiyasının “qara siyahı”sına düşüb. Bu siyahı iyulun 6-da yenilənib və ora bəzi “Airbus-320”, “Boeing-727” və “Boeing-747” təyyarələri də əlavə olunub. Yasaq şirkətin 23 təyyarəsinə şamil olunmayıb. Bunlar arasında 14 ədəd “Airbus-300”, 8 ədəd “Airbus-310” və 1 ədəd “Boeing-737” var.

Avropa Komissiyasının nümayəndəsi Helen Kerns bildirib ki, qərar yalnız təhlükəsizlik mülahizələri ilə qəbul olunub və siyasi xarakter daşımır.
Ümumilikdə “qara siyahı”da 17 ölkədən 282 şirkətin adı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR