Bank Of Baku

Keçmiş diktator Manuel Noryeqa 7 il müddətinə azadlıqdan məhrum edilib

Keçmiş diktator Manuel Noryeqa 7 il müddətinə azadlıqdan məhrum edilib
# 07 iyul 2010 18:12 (UTC +04:00)
Bakı-APA. Fransa məhkəməsi keçmiş Panama diktatoru 76 yaşlı Manuel Noryeqanı 7 il azadlıqdan məhrum edib.

Noryeqa kokain alverindən əldə edilən pulu fransız bankları vasitəsilə leqallaşdırmaqda ittiham olunur.

Panamanın keçmiş lideri Manuel Noryeqa ABŞ-da 17 il həbsxanada yatdıqdan sonra aprel ayında Fransaya ekstradisiya edilmişdi.

ABŞ ordusunun ata Corc Buşun zamanında Panamanı işğal etdiyi 1990-cı ildən bəri Noryeqa ABŞ-da idi.

Kokain alveri və qacaqmalçılıqdan məhkum olub həbs edilən Noryeqa həbsxanadan 3 il öncə çıxmış ancaq Parisin tələbi ilə Fransaya göndərilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR