Bank Of Baku

Slovakiya hökuməti istefa verib

Slovakiya hökuməti istefa verib
# 07 iyul 2010 18:58 (UTC +04:00)
Bakı-APA. İyulun 7-də sosial-demokrat Robert Fitsonun başçılıq etdiyi Slovakiya hökuməti istefa verib.

İyulun 8-də prezident İvan Qaşparoviç rəsmi surətdə istefanı qəbul edəcək. Hökumət koalisiyaya daxil olan partiyaların bu yaxınlarda keçirilmiş parlament seçkilərində məğlub olmasının nəticəsi olaraq istefa verir. Sosial-demokratların yeni parlamentdə də ən iri deputat fraksiyasına malik olmalarına baxmayaraq, onların hökumətdəki ortaqları məğlub olublar.

Parlamentdə 150 yerdən 79-unu sağ partiyalar qazanıblar. Robert Fitsonun istefasını qəbul etdikdən sonra prezident İvan Qaşparoviçin Slovakiya Demokratik və xristian birliyinin nümayəndəsi 53 yaşlı sosiologiya professoru İveta Radiçovaya yeni hökuməti formalaşdırmağı tapşıracağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR