Bank Of Baku

Türkiyə Konstitusiya Məhkəməsi Konstitusiya dəyişikliyinə «hə» dedi

Türkiyə Konstitusiya Məhkəməsi Konstitusiya dəyişikliyinə «hə» dedi
# 08 iyul 2010 03:27 (UTC +04:00)
Bakı-APA. Türkiyə Konstitusiya Məhkəməsi Konstitusiya dəyişiklikləri paketinin bəzi maddələri istisna olunmaqla, ümumən paketin referenduma çıxarılmasında əngəl olmaması barədə qərar çıxarıb. Beləliklə, 2010-cu il sentyabrın 12-də seçicilər Konstitusiya dəyişiklikləri paketi üzrə səs verə biləcəklər. Qeyd edək ki, Konstitusiya dəyişiklikləri paketi hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası tərəfindən irəli sürülüb. Müxalifətçi Cümhuriyyət Xalq Partiyası isə bu paketin Konstitusiyaya zidd olduğunu bildirərək onun ləğv edilməsi tələbilə Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Konstitusiya Məhkəməsinin bu gecə qəbul etdiyi qərar tərəflərin heç birini qane etməyib. CHP-lilər onu «yarımçıq qərar», AKP-lilər isə «qanunverici hakimiyyətə qəsd» kimi dəyərləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR