Bank Of Baku

Almaniya daxili işlər nazirinin maşını oğurlanıb

Almaniya daxili işlər nazirinin maşını oğurlanıb
# 08 iyul 2010 16:21 (UTC +04:00)
Bakı-APA. Dünən naməlum şəxs Almaniya daxili işlər nazirinin maşınını Drezden yaxınlığında qaçırıb. APA-nın məlumatına görə, maşını yalnız bir gün sonra tapmaq mümkün olub. Axtarışa cəlb olunan patrul xidmətləri maşını yalnız Polşa sərhədi yaxınlığında saxlaya biliblər. Maşını qaçıran 33 yaşlı Polşa vətəndaşı sərhədi keçmək istəsə də, polis tərəfindən saxlanıb. Polyak istintaqa verdiyi ifadədə qaçırdığı maşının kimə məxsus olduğunu bilmədiyini deyib. Maraqlıdır ki, hadisə Almaniya daxili işlər nazirinin maşın oğrularına qarşı kampaniyaya başlanacağını elan etdikdən bir neçə gün sonra baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR