Bank Of Baku

London məhkəməsi üç nəfəri Şimali Amerikaya uçan təyyarələrdə partlayış cəhdində günahkar tanıyıb

London məhkəməsi üç nəfəri Şimali Amerikaya uçan təyyarələrdə partlayış cəhdində günahkar tanıyıb
# 09 iyul 2010 01:41 (UTC +04:00)
Bakı-APA. Londonda münsiflər məhkəməsi üç britaniyalı müsəlmanı Şimali Amerikaya uçan təyyarələri partlatmaq cəhdindən günahkar tanıyıb.
APA- APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə İbrahim Savant, Ərəfat Vahid Xan və Vahid Zamana qarşı hökm üç ay sürən məhkəmədən sonra çıxarılıb. Müttəhimlərə hökm cümə günü elan oxunacaq. Onları ömürlük həbs cəzası gözləyir.
Prokurorlar bildirir ki, üç nəfər 2006-cı ildə Birləşmiş Ştatlar və Kanadaya uçan təyyarələrdə butulkarlarda partlayıcı mayeni partlatmağı planlaşdırırdılar.
Bu planların üstü Londonda 2006-cı ilin avqust ayında keçirilmiş reydlər nəticəsində açılmışdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR