Bank Of Baku

Səkkizayaqlı ilbiz Paul hansı komandanın dünya çempionu olacağına işarə edib – FOTO

Səkkizayaqlı ilbiz Paul hansı komandanın dünya çempionu olacağına işarə edib – <font color=red>FOTO </font>
# 09 iyul 2010 12:21 (UTC +04:00)
APA-nın məlumatına görə, Paulun proqnozu İspaniya, Hollandiya, Almaniya və bir sıra digər ölkələrin telekanalları tərəfindən canlı yayınlanıb. “Falçı”nın proqnozuna əsasən İspaniya milli komandası dünya çempionu olacaq. Final matçından əvvəl üçüncülük qarşılaşması ilə bağlı öncəgörməsini açıqlayan Paul hesab edir ki, Almaniya milli komandası Uruqvayı məğlub edəcək.

Qeyd edək ki, səkkizayaqlı ilbizin proqnozu aşağı qaydada öyrənilir: üzərinə qarşı-qarşıya gələcək komandaların bayraqları yapışdırılan 2 ədəd şəffaf yemək konteyneri hazırlanır və akvariuma qoyulur. İlbiz isə bu yemək qablarından birini seçir. İndiyədək Almaniyanın dünya çempionatında oynadığı bütün matçlarla bağlı proqnoz verən Paulun öncəgörmələrinin hamısı düz çıxıb.

Xatırladaq ki, Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatının üçüncülük matçı iyulun 10-da Port-Elizabet şəhərində, final isə iyulun 11-də Yohannesburqda oynanacaq. Üçüncülük uğrunda Almaniya ilə Uruqvay, dünya çempionluğu uğrunda isə Hollandiya ilə İspaniya milli komandaları mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR