Bank Of Baku

Azərbaycan və Ermənistan gəncləri Avropa Şurasının 7-ci Gənclər Sülh Düşərgəsi çərçivəsində bir yerdə təlim keçirlər

Azərbaycan və Ermənistan gəncləri Avropa Şurasının 7-ci Gənclər Sülh Düşərgəsi çərçivəsində bir yerdə təlim keçirlər
# 09 iyul 2010 19:25 (UTC +04:00)
Frayburq. Fuad Qulubəyli-APA. İyulun 4-dən 11-nə kimi Almaniyanın Frayburq şəhəri yaxınlığında yerləşən «Avropa-park» əyləncə mərkəzində Avropa Şurasının 7-ci Gənclər Sülh Düşərgəsi keçirilir. APA-nın Avropa bürosu müxbirinin Avropa-parkdan verdiyi məlumatına görə, düşərgədə münaqişə və postmünaqişə regionlarından, o cümlədən Azərbaycan və Ermənistan, İsrail və Fələstindən, eləcə də Kosovonun serb və alban icmalarını təmsil edən 54 nəfərə qədər gənc təlim kursları keçir.

Proqrama münaqişələrin və icmalar arasında qarşılıqlı nifrətin aradan qaldırılması yollarını araşdırmaq üçün birbaşa ünsiyyət qurmaq imkanı verən dərslər, qarşılıqlı inam, anlamanı möhkəmləndirən və mövhumat və stereotiplərlə mübarizəyə yönəlmiş praktiki dərslər silsiləsi nəzərdə tutulub.
Qruplar arasındakı təlim kurslarına rəhbərlik edən AŞ-nın təlimçisi Rafael Maykl münaqişədə olan icmalar arasında xüsusilə də gənclər arasındakı belə görüşlərin çox vacib və müsbət olduğunu bildirib. “Hesab edirəm ki, icmalar, xalqlar arasında sülh yaratmaq onların arasında qarşılıqlı etimadı daha da möhkəmlətmək məqsədilə, bu kimi məşqlər burda iştirak edən ölkələrin öz məktəblərində də təşkil edilməlidir. Uşaqlar üçün belə təlimlərin lap gənc yaşlarından başlamaq daha məqsədəuyğun olardı. Təbii ki, bu problemlərin həlli ilk növbədə siyasi addımlardan asılıdır, lakin biz indidən məktəbli uşaqları gənc yaşlarından bir-birləri ilə ünsiyyət etmə bacarığını aşılaya bilsək və onları hazırlasaq, o zaman bu da münaqişələrin həll olunmasına yardım edə bilər”.

Azərbaycan və Ermənistandan olan gənclər və onların təlimçiləri də belə görüşlərin keçirilməsini müsbət qarşılayırlar. Hər iki ölkənin qrupunda Dağlıq Qarabağ əsilli gənclər də iştirak edir. Azərbaycanlı gənclər üçün maraq doğuran əsas amillərdən biri, erməni həmyaşıdlarının bir çoxunun Azərbaycan haqqında məlumatsız və olduqca yanlış fikirdə olmalarıdır.

AŞ-da akkreditasiya edilmiş jurnalistlərlə görüşü zamanı «Avropa-park»ın sahibi və rəhbəri Roland Mack APA agentliyinə açıqlamasında, rəhbərlik etdiyi mərkəzin tez-tez belə layihələr həyata keçirdiyini söyləyib. «AŞ-nın təşəbbüsü ilə bizim başqa münaqişəli tərəf gənclərinin iştirakı ilə bir sıra tədbirlərimiz artıq olub. Azərbaycan və Ermənistan gənclərinin isə burada bir araya gəlmələri ilk dəfədir. Burada, əyləncə ab-havasında, hər iki ölkədən gələn uşaqlar bir-biri ilə tanış olur, birgə təlimlər keçirlər və münaqişələrin mənfi tərəflərini daha da yaxşı anlaya bilirlər. Gördüyünüz kimi bizim əyləncə mərkəzimiz üç ölkənin qovşağında yerləşir, yəni Almaniya ərazisində olsa da, Fransa və İsveçrənin lap yaxınlığındadır. Və bildiyiniz kimim bu yerlərdə çox uzaq olmayan tarixlərdə şiddətli müharibələr olub, xüsusi ilə də Fransızlarla. İndi isə burada Avropanın ən iri əyləncə mərkəzlərindən biri fəaliyyət göstərir və uşaqların, gənclərin bir-birini daha da yaxşı tanımaları üçün gözəl bir fürsət yaradır və bu da ölkələrimizi bir birinə daha da sıx inteqrasiya etməsinə yardım edir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR