Bank Of Baku

“Qazprom” Latviyaya güzəştli qiymətlə qaz satışından imtina edib

“Qazprom” Latviyaya güzəştli qiymətlə qaz satışından imtina edib
# 10 iyul 2010 07:12 (UTC +04:00)
APA-nın məlumatına görə, şirkətin İdarə Heyətinin sədr müavini Vladimir Qolubev bildirib ki, “Qazprom” satdığı qazın həcmini və qiymət göstəricilərini dəqiqləşdirməyə hazırdır: “Biz qiymətləri obyektiv sayırıq, ona görə də qiymətin aşağı salınmasının mümkünlüyünü öz nazirinizdən soruşun”. Qolubev əlavə edib ki, orta statistik latış ailəsi ildə 500 kubmetr mavi yanacaq istehlak edir, bu yanacağa görə ödənən vəsaitin yalnız 35 faizi “Qazprom”un kassasına daxil olur. Qalan vəsait isə vergilərə, qaz kəmərlərinin saxlanması üçün xərclərə və “Latvijas gaze” qan inhisarçısının gəlirlərinə sərf olunur. Xatırladaq ki, hələ yanvar ayında Latviya Rusiyadan qaz idxalının sərfəli olmadığını, qaz müqaviləsinə yenidən baxılmasının zəruriliyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR