Bank Of Baku

“Falçı” ilbizin ünvanına “həyat yoldaşım məni aldadırmı”, “Merkelin koalisiya hökuməti nə qədər davam edəcək” məzmunlu suallar gəlir

“Falçı” ilbizin ünvanına “həyat yoldaşım məni aldadırmı”, “Merkelin koalisiya hökuməti nə qədər davam edəcək” məzmunlu suallar gəlir
# 12 iyul 2010 16:20 (UTC +04:00)
Bakı – APA. Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında Almaniya milli komandasının oynadığı bütün matçlarla bağlı proqnoz verən, son olaraq üçüncülük və final qarşılaşmalarının nəticəsini də doğru bilən səkkizayaqlı ilbiz Paul daha proqnoz verməyəcək. APA-nın “Anadolu” agentliyinə istinadən yaydığı məlumata görə, Almaniyanın Oberhauzen şəhərindəki “Sea Life” akvariumunun sözçüsü Tanya Munziq Paulun öz köhnə işinə qayıdacağını və uşaqları əyləndirməyə davam edəcəyini söyləyib: “Paul təqaüdə çıxır və bütün ölkələrə təşəkkür edir. Çox gözəl bir dünya çempionatı oldu”.

T. Munziq bildirib ki, son günlər “falçı” ilbizə ünvanlanan “Həyat yoldaşım məni aldadırmı”, “Merkelin koalisiya hökuməti nə qədər davam edəcək”, “Bu il riyaziyyatdan hansı qiyməti alacağam” məzmunlu çoxlu sayda məktub və mail aldıqlarını açıqlayıb. O, bundan sonra Paulun proqnozlardan uzaq, təbii həyatına davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, Paul ilə eyni növdən olan səkkizayaqlı ilbizlər 3,5-4 il yaşayır. Hazırda 2,5 yaşı olan Paul 2012-ci ildə keçiriləcək Avropa çempionatına qədər öləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR