Bank Of Baku

Qəzzafinin kiçik oğlu italyan otelinə 392 min avro borcludur

Qəzzafinin kiçik oğlu italyan otelinə 392 min avro borcludur
# 12 iyul 2010 19:19 (UTC +04:00)
Bakı-APA. İtaliya məhkəməsi Liviya lideri Müəmmər Qəzzafinin kiçik oğlu Saadi Qəzzafini italyan otelinə 392 min avro borclu olması barədə qərar çıxarıb.

Biznesmen və futbolçu olan Saadi Qəzzafi 2007-ci ilin yayında İtaliyanın Tiqullio dənizkənarı məkanındakı bahalı Grand Hotel Excelsior otelində bir aya yaxın qalıb. S.Qəzzafidən əlavə oteldə onun mühafizəçiləri də yaşayıblar. Saadi Qəzzafi tez-tez oteldə qonaq qəbul edib. Həmin dövrdə Qəzzafi «Sampdoriya» klubu ilə müqavilə də imzalayıb. Lakin o bu günədək həmin klubun heyətində çıxış etməyib.

İtaliya mediasının məlumatına görə, oteli tərk edən Saadi Qəzzafi heç bir pul ödəməyib. Onun idman avtomobili isə hələ də otelin qabağındakı dayanacaqda dayanır.

Əvvəllər S.Qəzzafinin hesabları Romadakı Liviya səfirliyi tərəfindən ödənilirmiş. Lakin son hadisə ilə bağlı edilən müraciətdə səfirlikdən otel rəhbərliyinə bu ödənişlərin Liviya hökuməti tərəfindən razılaşdırılmalı olduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR