Bank Of Baku

Ahmet Davudoğlu və Hillari Klinton İranın nüvə proqramını müzakirə ediblər

Ahmet Davudoğlu və Hillari Klinton İranın nüvə proqramını müzakirə ediblər
# 12 iyul 2010 23:59 (UTC +04:00)
Bakı-APA. Türkiyə xarici işlər naziri Ahmet Davudoğlu ABŞ dövlət katibi Hillari Klinton arasında telefon danışığı olub.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğanla birlikdə Srebrenitsada olan Davudoğlu Klinton arasında təxminən bir saatlıq telefon danışığı olub.

Danışıq zamanı terrorla mübarizə mövzusundakı əməkdaşlıq, İranın nüvə proqramı ilə bağlı atılacaq addımlar və həyata keçiriləcək diplomatik proses müzakirə olunub.

İsrailin Qəzzaya yardım daşıyan gəmiyə hücumu mövzusunun da müzakirə olunduğu söhbətdə Davudoğlu bir daha beynəlxalq komissiya qurulmasının vacibliyini vurğulayıb.

Tərəflər bir-birinə Klintonun Cənubi Qafqaza, Davudoğlunun isə Balkanlara etdikləri səfər barədə məlumat da veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR