Bank Of Baku

Türkiyədə avtomobilin benzin çəninin partlaması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Türkiyədə avtomobilin benzin çəninin partlaması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb
# 13 iyul 2010 08:40 (UTC +04:00)
Bakı. Samir Ağayev-APA. Türkiyənin Balıkəsir bölgəsində dəhşətli yol qəzası baş verib. APA-nın “Habertürk”ə istinadən yaydığı məlumata görə, avtomobilin benzin çəninin partlaması nəticəsində 3 nəfər yanaraq ölüb, 8 nəfər isə yaralanıb. Yük maşını ilə avtomobilin toqquşması nəticəsində avtomobilin benzin çənində partlayış baş verib. Partlayışın təsirindən, qırmızı işıqda gözləyən digər avtomobillərin içərisində olan 8 nəfər yaralanıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR