Bank Of Baku

İtalyan polisi “Ndranqeta” mafiyasının 300-dən çox üzvünü həbs edib

İtalyan polisi “Ndranqeta” mafiyasının 300-dən çox üzvünü həbs edib
# 13 iyul 2010 09:19 (UTC +04:00)
Roma-APA. İtaliya hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı ölkənin Kalabriya vilayətində fəaliyyət göstərən “Ndranqeta” cinayətkar qruplaşmasının 300-dən çox üzvü həbs olunub. APA-nın məlumatına görə, bu, son illər ərzində polisin mafiyaya qarşı keçirdiyi ən irimiqyaslı əməliyyatdır. Əməliyyata ümumilikdə 3 mindən artıq hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub. “Ndranqeta” İtaliyanın ən qüdrətli cinayətkar qruplaşmalarından sayılır, lakin o “Koza Nostra” və “Kamorra” qədər məşhur deyil. XIX əsrin sonlarından fəaliyyətə başlayan bu qrupu fəaliyyəti 1975-ci ilə kimi Kalabriyadan kənara çıxmayıb. Lakin son illər “Ndranqeta” ölkə üzrə adam oğurluğu və kokain ticarəti əməliyyatlarında aktiv iştirak etməyə başlayıb. “Ndranqeta” həmçinin onlarla siyasi xadimi qətlə yetirib, mafiyanın öldürdüyü siyasətçilər arasında Kalabriyanın vitse-prezidenti Françesko Fortunyo da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR