Bank Of Baku

Angela Merkel 40 il əvvəl Gürcüstanda milis tərəfindən saxlanılıb

Angela Merkel 40 il əvvəl Gürcüstanda milis tərəfindən saxlanılıb
# 13 iyul 2010 09:21 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Almaniyanın federal kansleri Angela Merkel 40 il əvvəl turist qismində Tiflis yaxınlığındakı Msxeta şəhərinin tarixi-mədəni yerlərini gəzərkən milis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tiflisdə çıxan “Praym-Taym“ qəzeti xəbər yayıb. Qəzet yazır ki, AFR və Gürcüstan nümayəndələrinin görüşündə A. Merkel özü bu olayı xatırladıb.

Qəzetin yazdığına görə, 2009-cu ilin avqust hadisələri zamanı Gürcüstanda rəsmi səfərdə olan Angela Merkel gənclik vaxtlarında bu regionda olduğunu bildirib. 1968-ci ildə A. Merkel (qızlıq soyadı Kasner olub) Almaniya Demokratik Respublikasında rus dili üzrə Olimpiadada qalib gəldikdən sonra SSRİ-yə səyahət etmək hüququ qazanıb. O, Moskva yaxınlığındakı Dubne şəhərinə və daha sonra Gürcüstana səfər edib. Angela Msxeta şəhərini gəzərkən şübhəli şəxs qismində saxlanılıb və bir gecə milis bölməsində qalıb.

Qəzet 40 il bundan əvvəl milis sistemində çalışan bir neçə nəfərdən açıqlama alıb. Onların bəziləri şərh verməkdən imtina ediblər, bəziləri isə bu hadisənin olmadığını deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR