Bank Of Baku

İtaliyada narkobaron polis generalı 14 il azadlıqdan məhrum edilib

İtaliyada narkobaron polis generalı 14 il azadlıqdan məhrum edilib
# 13 iyul 2010 09:42 (UTC +04:00)
Bakı. Pünhan İmamov-APA. İtaliyada narkobaron polis generalı 14 il azadlıqdan məhrum edilib. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, polis generalı Campaolo Qantsera 1991-1997-ci illərdə İtaliyada narkotik qaçaqmalçılığına rəhbərlik edib. Milan məhkəməsi İtaliya polisinin xüsusi operativ qrupuna rəhbərlik etmiş general Campaolo Qantseranı narkotik qaçaqmalçılığı ilə əlaqəli cinayətkar fəaliyyətinə görə 14 il müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, Milan prokurorluğunun 7 il ərzində apardığı araşdırma zamanı məlum olub ki, polis generalı cinayətkarları narkotik qaçaqmalçılığı ilə məşğul olmağa həvəsləndirib, daha sonra bu sahəni şəxsi nəzarətinə götürüb.

Xəbərdə Campaolo Qantsera ilə birlikdə 14 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edildikləri bildirilir. Polis generalı məhkəmə qərarı ilə həmçinin 65 min avro cəriməyə məhkum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR