Bank Of Baku

Piter Semnebi Gürcüstanda səfərdədir

Piter Semnebi Gürcüstanda səfərdədir
# 13 iyul 2010 10:59 (UTC +04:00)
Bakı – APA. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Gürcüstana səfər edib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, P. Semnebi ölkə rəhbərliyi və siyasi partiyaların nümayəndələri ilə görüşəcək və Batumidə keçiriləcək “Gürcüstanın Avropa yolu” adlı konfransa qatılacaq.

P. Semnebi hava limanında jurnalistlərə açıqlamasında Abxaziyaya da gedəcəyini söyləyib: “Səfər zamanı Gürcüstan siyasi dairələri ilə görüşəcəyəm və Abxaziyaya gedəcəyəm. Orada Avropa Birliyinin Abxaziya və Cənubi Osetiya ilə bağlı siyasətini, Tiflisdə isə bu bölgələrlə bağlı dövlət strategiyasını müzakirə edəcəyəm. Bu, Gürcüstan, Cənubi Qafqaz və bizim üçün çox vacib məsələdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR