Bank Of Baku

Türkiyə parlamentində millət vəkilləri dalaşıb – FOTO

Türkiyə parlamentində millət vəkilləri dalaşıb – <font color=red>FOTO   </font>
# 14 iyul 2010 08:18 (UTC +04:00)
Bakı. Samir İsayev - APA. İyulun 13-də Türkiyə Böyük Millət Məclisində (TBMM) 8 yeni universitetin qurulması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı mübahisə yaranıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvü Yılmaz Tankut çıxışını bitirib yerinə keçərkən hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Muhyettin Aksak onun çıxışına kəskin etiraz edib. Bundan sonra tərəflər arasında mübahisə qızışıb və əlbəyaxa davaya çevrilib. Aksakın yumruğuna Tankut təpiklə cavab verib. Bu zərbədən sonra M. Aksak yerə yıxılıb. Digər millət vəkilləri araya girərək dalaşanları ayıra biliblər. Sədr fasilə elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR