Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Ukrayna hökumətini əhaliyə satılan qazın qiymətini artırmağa məcbur edib

Beynəlxalq Valyuta Fondu Ukrayna hökumətini əhaliyə satılan qazın qiymətini artırmağa məcbur edib
# 14 iyul 2010 10:08 (UTC +04:00)
Bakı-APA. Avqustun 1-dən Ukraynada əhaliyə satılan mavi yanacağın qiyməti 50 faiz bahalaşacaq. APA-nın məlumatına görə, ölkədə sonuncu dəfə mavi yanacağın iqyməti 2008-ci il dekabrın 1-də 35 faiz bahalaşıb. Qiymətin artırılması Beynəlxalq Valyuta Fondunun tələbi ilə bağlıdır. BVF 2008-ci ildə Ukraynaya 16,5 milyard dollar kredit ayırmağa razılaşıb, ötən 2 il ərzində bu kreditin 10,5 milyard dolları dövlət büdcəsinə köçürülüb. Ukrayna hökuməti və Beynəlxalq Valyuta Fondu artıq 14,9 milyard dollarlıq yeni kredit razılaşması əldə ediblər, kreditin verilməsi müqabilində hökumət qarşısında qoyulan tələblərdən biri əhaliyə satılan mavi yanacağın qiymətinin artırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR