Bank Of Baku

Tiflisdəki qədim erməni kilsəsinin əslində gürcü kilsəsi olduğu müəyyənləşib

Tiflisdəki qədim erməni kilsəsinin əslində gürcü kilsəsi olduğu müəyyənləşib
# 14 iyul 2010 15:29 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu günlərdə Gürcüstan paytaxtındakı Muqni erməni kilsəsində qazıntı işləri aparılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Maestro” televiziya kanalı bu barədə xüsusi reportaj verib. Reportajda bildirilib ki, qazıntı zamanı arxeoloqlar əsası XIII-XIV əsrlərdə qoyulan bu kilsənin gürcü məbədi olduğunu müəyyənləşdiriblər.

Gürcüstan Milli Muzeyinin arxeoloji mərkəzinin əməkdaşı Quram Mirsxulava deyib ki, əvvəldən də bu tikilinin gürcü kilsəsi olduğunu düşünürdülər, lakin bu barədə sənədlər yox idi: “İndi arxeoloji qazıntılar zamanı məlum oldu ki, bu kilsə gürcü kilsəsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR