Bank Of Baku

İranla «altılığ»ın dialoqu payızda yenidən başlaya bilər

İranla «altılığ»ın dialoqu payızda yenidən başlaya bilər
# 14 iyul 2010 21:26 (UTC +04:00)
Bakı-APA. Avropa Birliyi (AB) xarici işlər üzrə ali nümayəndəsi Ketrin Eşton İranla nüvə probleminə dair görüşlərin yenidən başladılmasını müsbət qiymətləndirib.

«Altılığ»ın (Rusiya, ABŞ, Fransa, Çin, Böyük Britaniya, Almaniya) nümayəndəsi olaraq çıxış edən Eşton İran Milli Ali Təhlükəsizlik Şurası Baş katibi və Nüvə Baş müzakirəçisi Səid Cəliliyə göndərdiyi məktubda Cəlilinin dialoqu yenidən başlatma istəyindən duyduğu məmnuniyyəti dilə gətirərək görüşün yeri və zamanının qarşılıqlı müəyyən olunmasını təklif edib.

Müzakirələrin mümkün olan ən qısa müddətdə başladılması diləyini dilə gətirən Eşhton məktubunda görüşün payızda başladıla biləcəyinə ümid etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR