Bank Of Baku

Gürcüstan hökuməti separatçı Abxaziya və Cənubi Osetiya ilə münasibət qurmaq istəyir

Gürcüstan hökuməti separatçı Abxaziya və Cənubi Osetiya ilə münasibət qurmaq istəyir
# 15 iyul 2010 09:41 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstana səfəri çərçivəsində iyulun 14-də separatçı rejimin nəzarət etdiyi Abxaziyaya gedən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu rejimin rəhbərliyinə Gürcüstanın yeni strategiyası ilə bağlı bir neçə layihənin həyata keçirilməsini təklif edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, P. Semnebi Abxaziyada nəqliyyat kommunikasiyasının inkişafı, tələbə mübadiləsi ilə bağlı təkliflər irəli sürüb. Separatçı respublikanın baş naziri Serqey Şamba tələbə mübadiləsini məqbul qiymətləndirib və biznes əlaqələrinin inkişafını müsbət sayıb. Gürcüstan tərəfinin iqtisadi əlaqələrin inkişaf etdirilməsi təklifinə münasibət bildirən S. Şamba deyib ki, müxtəlif iqtisadi layihələr həyata keçirməklə Abxaziyanı Gürcüstana birləşdirmək cəhdi uğursuz alınacaq: “Biz Gürcüstanla heç bir münasibət qura bilmərik”.

Xatırladaq ki, Gürcüstan Təhlükəsizlik Şurası bağlı qapılar arxasında işğal olunan ərazilər barədə hökumət strategiyasını müzakirə edib. Bu strategiyanı həm müxalifət, həm də beynəlxalq təşkilatlar dəstəkləyib. Təhlükəsizlik Şurasının iclasında 7 bənddən ibarət konkret tədbirlər planı təsdiqlənib. Gürcüstan tərəfi Suxumi, Sxinvali və Tiflisdə qarşılıqlı ofis yaratmağı təklif edib. Hökumət abxazlar və osetinlərə Gürcüstanın ali məktəblərinə daxil olmaq, səhiyyə sistemindən istifadə etmək, xaricə getmək və biznes qurmaq üçün xüsusi müvəqqəti sənəd veriləcəyini bildirib. Sənəddə kənd təsərrüfatının inkişafı, sərmayə və bank əməliyyatları məsələləri də öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR