Bank Of Baku

Türkiyədə traktor 2 təyyarə ilə toqquşub

Türkiyədə traktor 2 təyyarə ilə toqquşub
# 16 iyul 2010 10:51 (UTC +04:00)
Bakı. Nərgiz Cavadzadə - APA. İstanbulun Atatürk Hava Limanında yük daşımalarında istifadə olunan traktorla sərnişin təyyarələri toqquşub. APA-nın Türkiyənin İHA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə uçuş zolağında baş verib. Hadisəyə traktorun sürücüsünün idarəetməni itirməsi səbəb olub. Belə ki, traktorun radiatorundan axan isti su sürücü Sinan Təmizin bədəninə tökülüb. Nəticədə traktor Türk Hava Yollarının Bəhreyn və Küveytə yola düşəcək “Airbus 321” tipli təyyarələrinə dəyib. Təyyarələr reysdən çıxarılaraq başqaları ilə əvəz edilib. Hadisə zamanı yaralanan sürücü isə xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR