Bank Of Baku

Bu gün Fransa və Almaniya Qırğızıstandakı vəziyyətə dair bəyannamə layihəsini təqdim edəcəklər

Bu gün Fransa və Almaniya Qırğızıstandakı vəziyyətə dair bəyannamə layihəsini təqdim edəcəklər
# 16 iyul 2010 23:51 (UTC +04:00)
Almatı. Viktoriya Dementyeva-APA. Fransa və Almaniya iyulun 17-də ATƏT xarici işlər nazirlərinin qeyri-formal müşavirəsində Qırğızıstandakı vəziyyətə dair bəyannamə layihəsini təqdim edəcəklər. APA-nın müxbirinin məlumatına görə, bu barədə jurnalistlərə Fransa XİN başçısı Bernar Kuşner məlumat verib.

Kuşner ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstan XİN başçısı Kanat Saudabayevlə görüşdən sonra keçirdiyi brifinqdə sonuncudan bəyannamənin mətninə dəstək verməyi xahiş edib.

O qeyd edib ki, Avropa Birliyi ölkələrində bu bölgədə yaranmış vəziyyətin mürəkkəbliyini başa düşürlər və AB-nin Qırğızıstan prezidentinə dəstək verməyə hazır olduğunu bəyan edib.

Dünən keçirilmiş görüşlərdə həmçinin ATƏT-in polis qüvvələrinin ölkədə vəziyyəti nizamlamaq üçün Qırğızıstanda yerləşdirilməsi qərarı da müzakirə olunub. 50-yə yaxın polis 4 ay müddətinə məsləhətçi qüvvə qismində ora göndəriləcək və orada treninqlər keçirəcək və vəziyyətin monitorinqini aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR