Bank Of Baku

İzmirdə metro tikintisində partlayışa səbəb təhlükəsizlik problemləri olub

İzmirdə metro tikintisində partlayışa səbəb təhlükəsizlik problemləri olub
# 17 iyul 2010 04:58 (UTC +04:00)
Bakı-APA. İzmirdə inşaatı davam edən Üçyol-Üçkuyular metro xəttinə bağlı tunelin girişində hava çəninin partlaması nəticəsində ölənlərdən Ahmet Ertekin (29 yaş) ilə Raşit Topalın (40) tikintidə üç gündür işlədikləri məlum olub. Raşit Topalın yaralı Hakan Topalın əmisi oğlu olduğu da ortaya çıxıb. Raşit Topal əmisi oğlu Hakan Topalın istəyi ilə tikintidə işləməyə başlayıbmış.

Bu arada partlayan hava çəninin 2009-cu ildən bəri istifadə olunduğu mart ayından bu yana da təhlükəsizlik məqsədilə yoxlanılmadığı da məlum olub. Polis hadisə ilə bağlı istintaqa başlayıb.

Qeyd edək ki, metro tikintisində baş vermiş faciə nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR