Bank Of Baku

Almaniyada Hitlerə qarşı uğursuz suiqəsdin iştirakçıları yad edilir

Almaniyada Hitlerə qarşı uğursuz suiqəsdin iştirakçıları yad edilir
# 20 iyul 2010 22:40 (UTC +04:00)
Bakı-APA. Almaniya Hitlerə qarşı uğursuz suiqəsdin 66-cı il dönümünü qeyd edir.
APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, Almaniya hökuməti polkovnik qraf Klaus Şenkom fon Ştauffenberq tərəfindən Hitlerə qarşı təşkil edilən, lakin uğursuz alınan suiqəsdin ildönümünü qeyd edir. Berlində Reyxstaqın qarşısında təşkil edilmiş təntənəli mərasimdə Almaniyanın kansleri Angela Merkel iştirak edir. Suiqəsdin 4 iştirakçısının edam olunduğu yerə əklillər qoyuldu. Təntənəli mərasim «Pletzenzee» həbsxana davam edib. Bu ərazidə alman faşistləri 2,5 adamı qətlə yetiriblər.
Xatırladaq ki, 1944-cü ilin iyul ayında Klaus Şenkom fon Ştauffenberq Hitlerin qərargahına bomba qoymuşdur. Lakin parlayış nəticəsində Hitler yüngül xəsarət almışdır.
Faşistlər 600 suiqəsd iştirakçısınıı həbs etmiş, onlardan çoxu edam edilmişdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR